Cek Ma "Alibaba"dakı səhmlərini girov qoydu | Banco.az

Cek Ma "Alibaba"dakı səhmlərini girov qoydu

Tamara Mustafayeva, Banco.az

Cek Ma "Alibaba"dakı səhmlərini kredit götürmək üçün girov qoyub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinin texnologiya nəhəngi "Alibaba" şirkətinin həmtəsisçiləri Cek Ma və Cozef Tsai sahib olduqları 35 milyard dollar dəyərindəki şirkət səhmlərini böyük məbləğdə kredit götürmək üçün banklara girov qoyublar. 

UBS, Credit Suisse, Goldman Sachs və digər banklarla həyata keçirilən səhmlərin girov qoyulması üzrə razılaşmada sözügedən proses 5,8%-lik səhmlərə nəzarət edən ofşor şirkətlər tərəfindən reallaşdırılıb.

Qeyd edək ki, səhmlərin girov qoyulması üzrə razılaşmaya müvafiq olaraq banklar bu səhmləri kredit zəmanəti kimi qəbul edir, ancaq səhmlər üzrə heç bir mülkiyyət dəyişikliyi icra edilmir. Ancaq səhmlərin müəyyən edilmiş bazar dəyərindən ucuzlaşması halında banklar əlavə təminat tələb etmə haqqını özündə saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et