Ceff Bezos sərvətinin böyük hissəsini xeyriyyəçilik üçün xərcləyəcək | Banco.az

Ceff Bezos sərvətinin böyük hissəsini xeyriyyəçilik üçün xərcləyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ceff Bezos sərvətinin böyük hissəsini iqlim dəyişikliyi ilə mübarizəyə həsr edəcəyini bildirib.

Banco.az xəbər verir ki, e-ticarət nəhəngi “Amazon”un təsisçisi Ceff Bezos yerli kanalların birinə açıqlama edərək 124 milyard dollarlıq sərvətinin böyük hissəsini hələ sağ ikən xeyriyyəçilik üçün xərcləməyi planlaşdırdığını bildirib.

Sözügedən planla bağlı ətraflı məlumat verməyən tanınmış investor ilk dəfədir ki, sərvətinin müəyyən hissəsini xeyriyyə işlərinə sərf edəcəyi barədə rəsmi açıqlama verir.

Xatırladaq ki, Bezos daha əvvəl varlı insanları öz sərvətlərini xeyriyyəçiliyə sərf etməyə təşviq edən "Giving Pledge" kampaniyasında iştirak etmədiyi üçün tənqid hədəfinə çevrilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et