BVF Ukraynaya yardım paketi göndərəcək | Banco.az

BVF Ukraynaya yardım paketi göndərəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF Ukraynaya yeni dəstək paketi hazırlayır.

Banco.az xəbər verir ki, BVF Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya ölkənin ehtiyaclarını qarşılamaq üçün 16 milyard dollarlıq yardım paketi göndərməyi dəyərləndirir.

Mövzuya yaxın mənbələrə görə, 16 milyard dollarlıq yeni paket martın sonunda razılaşdırıla bilər, ilk ödəniş isə apreldə ediləcək.

Proqramın icra edilib-edilməməsinin bir sıra şərtlərdən asılı olduğu bildirilən paketin təsdiqlənəcəyi təqdirdə dəstəyin 3-4 illik bir dövrü əhatə edəcəyi bildirilib. Yeni paketin 5-7 milyard dollarının isə ilk il ərzində ödənilməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

BVF-nin hesablamalarına görə, bu il Ukraynanın xarici maliyyə ehtiyacı ən azı 39,5 milyard dollar olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et