BVF Türkiyənin 2023-cü il üçün artım proqnozunu aşağı salıb | Banco.az

BVF Türkiyənin 2023-cü il üçün artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF-in “Dünya İqtisadi Görünüş” hesabatında Türkiyənin 2023-cü il üçün artım proqnozu 3 faizdən 2,7 faizə endirilib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya İqtisadi Görünüş” hesabatının 2023-cü ilin aprel buraxılışını “Çətin başa gələn Bərpa” başlığı ilə dərc edib.

Hesabatda Türkiyənin 2023-cü il artımı 2,7 faiz, 2024-cü il üçün isə 3,6 faiz olaraq təxmin edilib.

Xatırladaq ki, BVF oktyabr ayında dərc etdiyi “Dünya İqtisadi Görünüş” hesabatında Türkiyə iqtisadiyyatının 2023 və 2024-cü illərdə 3 faiz artacağını proqnozlaşdırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et