BVF Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarını bölüşüb | Banco.az

BVF Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarını bölüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə səfərini başa vuran BVF iqtisadçıları həftə sonu artım proqnozlarını açıqlayıblar.

Banco.az xəbər verir ki, Ceyms P. Uolşun rəhbərlik etdiyi qrup son iqtisadi yenilikləri, perspektivləri və siyasətləri müzakirə etmək üçün 25-29 sentyabr 2023-cü il tarixləri arasında Türkiyədə səfərdə olub.

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyə səfərindən sonra hazırladığı hesabatda seçkilərdən sonra vəzifəyə başlayan iqtisadiyyat rəhbərliyinin siyasət dəyişikliyini müsbət qarşıladıqlarını bildirib.

Sözügedən hesabatda dərc olunan proqnozlara görə, BVF Türkiyədə iqtisadi artımın 2023-cü ildəki 4 faizdən 2024-cü ildə 3,25 faizə qədər yavaşlayacağını ehtimal edir. Fondun Türkiyə üçün cari hesab kəsiri/ÜDM proqnozu isə 2024-cü il üzrə təxminən 3 faiz səviyyəsindədir. BVF 2024-cü ilin sonuna qədər inflyasiyanın 46 faizə düşəcəyini, bu ilin isə 69 faiz inflyasiya ilə tamamlanacağını proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et