BVF pandemiyanın Avropa ölkələrinin iqtisadiyyatına necə təsir edəcəyini açıqlayıb | Banco.az

BVF pandemiyanın Avropa ölkələrinin iqtisadiyyatına necə təsir edəcəyini açıqlayıb

"Yeni növ koronavirus (COVID-19) pandemiyası bir neçə Avropa ölkəsinin üçillik iqtisadi tərəqqisini heçə endirəcək".

Bunu Fondun baş direktoru Kristalina Georgiyeva deyib.

O bildirib ki, pandemiya səbəbindən ən ağır zərbəyə Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri məruz qalacaq, bu regionlarda cari il iqtisadi azalma ortalama 5,5% təşkil edəcək.

K. Georgiyeva qeyd edib ki, hazırda vəziyyəti yaxşılaşdırmaq üçün hədəflənmiş infrastruktura yönəlmiş investisiyalar prioritet olmalıdır. Bunun sayəsində qısamüddətli perspektivdə iş yerləri yaranacaq, uzunmüddətli perspektivdə isə iqtisadiyyatların qarşılıqlı əlaqəsi yaxşılaşdırılacaq və məhsuldarlıq artacaq.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et