BVF kvotaların artırılmasına razılıq verib | Banco.az

BVF kvotaların artırılmasına razılıq verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) Rəhbərlər Şurası üzv ölkələrin kvotalarının 50 faiz artırılmasına razılıq verib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yaydığı bəyanatda idarə heyətinin dekabrın 15-də 16-cı Ümumi Kvota Baxışını başa çatdırdığı bildirilib.

Bəyanatda üzv ölkələrin kvotalarının 50 faiz artırıldığı, bununla da ümumi kvotaların 960 milyard dollara çatacağı qeyd olunub.

Bəyanatda bildirilir ki, fondun ümumi səsvermə gücünün təxminən 93 faizini təmsil edən Rəhbərlər Şurası BVF İcraçı Direktorlar Şurasının təklif etdiyi 50 faizlik kvota artımının lehinə səs veriblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, kvota artımının üzv ölkələrin öz kvota dəyişikliklərini qəbul etməsindən sonra 15 noyabr 2024-cü il tarixindən etibarən qüvvədə olacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et