BVF iqtisadi vəziyyətin pisləşəcəyinə dair xəbərdarlıq edib | Banco.az

BVF iqtisadi vəziyyətin pisləşəcəyinə dair xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF dünya iqtisadiyyatı üzrə perspektivlərin ötən ayın proqnozundan daha bədbin olduğunu bildirib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) tədqiqat bölməsinin iqtisadçısı Tryggvi Gudmundsson bazar ertəsi yayımladığı bloq yazısında belə qeyd edib:

“20 iqtisadi regionu tədqiq edən satınalma meneceri indekslərinin son dövrlərdə davamlı şəkildə pisləşməsi ümumi iqtisadi perspektivlərin Dünya İqtisadi Görünüşü (WEO) hesabatının oktyabr buraxılışında qeyd olunandan daha bədbin olduğunu təsdiqləyir. Hazırda dünya iqtisadi sferasının üzləşdiyi problemlərin sayı olduqca çoxdur və göstəricilərin getdikcə zəifləməsi qarşıda daha çətin günlərin olduğuna işarə edir.”

Xatırladaq ki, BVF gələn il üzrə qlobal artım proqnozunu iyulda proqnozlaşdırılan 2,9 faiz və yanvardakı 3,8 faiz səviyyəsindən 2,7 faizə endirərək artımın 2 faizdən aşağı düşmə ehtimalını da 25 faiz olaraq gördüyünü əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et