BVF-in yeni sədri açıqlanıb | Banco.az

BVF-in yeni sədri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kristalina Georgieva yenidən BVF-in rəhbəri seçilib.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) bəyanat yayıb.

Bəyanata görə, İcraçı Direktorlar Şurası oktyabrın 1-dən Kristalina Georgievanı ikinci dəfə 5 illik müddətə BVF prezidenti vəzifəsinə seçib.

Bəyanatda qərarın yekdilliklə qəbul edildiyi bildirilib. Georgievanın fəaliyyəti dövründə bir sıra böyük qlobal sarsıntılarla mübarizədə "güclü və çevik" rəhbərliyi qiymətləndirilib.

Bəyanatda deyilir ki, şura effektiv siyasət məsləhətləri, potensialın yaradılması və maliyyələşdirmə vasitəsilə Georgiyevanın fond üzvlərinə dəstəyini gücləndirməyə yönəlib.

Ən sərfəli kredit üçün müraciət et

Georgieva isə yenidən BVF-in rəhbəri seçildikdən sonra verdiyi açıqlamada ikinci dəfə 5 illik müddətə prezident kimi vəzifəsini davam etdirməkdən şərəf duyduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et