BVF Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozlarını yüksəldib | Banco.az

BVF Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozlarını yüksəldib

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,8 faiz, ümumi daxili məhsulun nominal həcmi 54,73 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatına istinadən məlumat verilir.

2023-ci ildə isə ÜDM-in 2,6 faiz artacağı proqnozlaşdırılır.

Proqnozlara əsasən, gələn il Azərbaycanın ÜDM-in nominal həcmi 55,98 milyard, 2024-cü ildə 57,6 milyard, 2025-ci ildə 59,56 milyard, 2026-cı ildə 61,8 milyard dollar təşkil edəcək

Qeyd edək ki, BVF-nin ötən ilin oktyabrında dərc olunan "World Economic Outlook" hesabatında Azərbaycan ÜDM-nin 2,3 faiz səviyyəsində artacağı proqnozlaşdırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et