Tamara Mustafayeva, Banco.az
Bəzən etməli olduğumuz işlər həddindən artıq çox olsa da, başlamağın yolunu tapa bilmirik. Odur ki, işləri təxirə salma bir çox insan üçün vərdişə çevrilmişdir. Hamımız vacib olduğunu bilsək də, hərdən bəzi işlərimizi təxirə salırıq. Ehtimal ki, işlər nə qədər çətin olarsa, onları bir o qədər təxirə salmağa meylli oluruq.
Bugünkü məqaləmizdə sizlərə bu vərdişdən xilas olmaq üçün motivasiya edici bir neçə sitatı təqdim edirik.
1. “İlham qeyri-peşəkarlar üçündür. Digərləri isə sadəcə işə başlayarlar.” – Chuck Close
2. “ “Fasilə” həftənin günlərindən biri deyildir.” – Janet Dailey
3. “Hər şeyi bilmək üçün gözləyən insan heç zaman heç nə edə bilməz.” – Craig D. Lounsbrough
4. “Təxirə salmaq qorxunun təmbəl qardaşıdır. Bir şey haqqında narahatlıq hiss etdiyimiz zaman onu təxirə salırıq.” – Noelle Hancock
5. “İşləri son dəqiqədə həll etmək başlanğıcda həll etməyin əhəmiyyətini xatırladır.” – Matshona Dhliwayo
6. “Təxirə salmaqla məsuliyyətdən azad olmaq mümkün deyil.” – Avraam Linkoln
7. “Bu günü boşa sərf edən bir insanın sabahdan gözləntisi olmağa haqqı varmı?” – Alain-Fournier
8. “İlk öncə etməkdən ən çox yayındığınız işdən başlayın.” – Clifford Cohen
9. “Vaxt öldürməyi dayandırın. Çünki əslində, vaxt sizi öldürür.” – Paulo Koelyo
10. “Təxirə salınan şeydən qaçmaq imkansızdır.” – Thomas More
Bizi sosial şəbəkələrdən izləyin!!