Bu şirkət də işçilərini ixtisar etməyə başlayacaq | Banco.az

Bu şirkət də işçilərini ixtisar etməyə başlayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın nəqliyyat xidməti “Lyft” işçilərinin 13 faizini ixtisar edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Amerikada texnologiya şirkətlərinin üzləşdiyi böhran vəziyyəti məşğulluqda da özünü göstərir. “Amazon”un korporativ işə qəbula fasilə verməklə bağlı açıqlamasından sonra ölkənin digər bir şirkəti də işçilərini ixtisar edəcəyinə dair məlumat yayıb.

ABŞ-ın sərfəli qiymətə səfər imkanı yaradan nəqliyyat xidməti “Lyft”in həmtəsisçiləri Loqan Qrin və Con Zimmer işçilərə göndərdikləri elektron məktubda bütün səylərə baxmayaraq, komandanın 13 faizini işdən çıxarmaqla bağlı "çətin" qərar qəbul etdiklərini bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bu isə ümumilikdə 683 işçinin ixtisar ediləcəyi deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et