Bu şəhərdə “Airbnb" xidməti qadağan olunub | Banco.az

Bu şəhərdə “Airbnb" xidməti qadağan olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Florensiya şəhərində “Airbnb” tətbiqi qadağan edilib.

Banco.az xəbər verir ki, İtaliyanın turizm şəhərlərindən biri olan Florensiya tarixi şəhər mərkəzinin hüdudlarında turistlərin qısa müddətli qalması üçün yeni ev kirayəsini qadağan edib.

İtaliya mətbuatında dərc olunan xəbərlərə görə, Florensiya Şəhər Şurasının iki gün əvvəl qəbul etdiyi qərarla “Airbnb” kimi platformalar vasitəsilə qısa müddətli yaşayış üçün yeni evlərin kirayəsi qadağan edilib.

Şəhər Şurasının qərarında qısamüddətli kirayə modelindən imtina edərək evlərini uzunmüddətli kirayələrə açan ev sahibləri üçün mənzil vergilərində endirim də nəzərdə tutulur.

Florensiya meri Dario Nardella məsələ ilə bağlı açıqlamasında mərkəzdə yaşayan şəhər sakinlərinin mənzil otellərində yaşamaqdan şikayətləndiyini və bu qərarların yerli əhalinin yardım çağırışına cavab olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et