Bu ölkədə yeni mənzillərin satışı artıb | Banco.az

Bu ölkədə yeni mənzillərin satışı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da yeni mənzillərin satışı ötən 3 ayın ən yüksək həddinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi noyabr ayı üzrə yeni evlərin satış statistikasını dərc edib.

Buna görə, ölkədə yeni evlərin satışı mövsüm təsirlərindən kənarlaşdırılmış formada əvvəlki aya görə 5,8 faiz artaraq 640 minə çatıb.

Bazarın proqnozu isə bu göstəricinin noyabr ayında 4,7 faiz azalaraq 600 minə düşəcəyi istiqamətində idi.

Qeyd edək ki, analitiklər ölkədə mənzil qiymətlərinin bahalığı və yüksək ipoteka (mənzil krediti) faiz dərəcələrinə baxmayaraq satışların artmasını təəccüblü hesab edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et