Bu ölkədə topdansatış qiymətləri 6-cı aydır ki, zəif artım göstərir | Banco.az

Bu ölkədə topdansatış qiymətləri 6-cı aydır ki, zəif artım göstərir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada topdansatış qiymətləri 6-cı ayda da ucuzlaşıb.

Banco.az xəbər verir ki, Almaniyada topdansatış ticarət qiymətləri enerji qiymətlərinin düşməsi səbəbindən mart ayında da zəifləməyə davam edib.

Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ölkədə topdansatış qiymətləri indeksi mart ayında aylıq 0,2, illik isə 2 faiz artıb. Fevralda indeksdə illik artım 8,9 faiz, yanvarda isə 10,6 faiz qeydə alınmışdı.

Qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra topdansatış qiymətlərində artım 2022-ci ilin aprelində 23,8 faizə çatmışdı.

Açıqlamada topdansatış qiymətlərinin illik artımında ərzaq, içkilər və tütün məmulatlarının qiymət artımının təsirli olduğu və bu məhsulların qiymətlərinin 2022-ci ilin mart ayı ilə müqayisədə orta hesabla 16,4 faiz baha olduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et