Bu ölkədə qazın qiyməti ötən 14 ilin pik həddinə çatdı | Banco.az

Bu ölkədə qazın qiyməti ötən 14 ilin pik həddinə çatdı

Tamara Mustafayeva, Banco.az

ABŞ-da qaz fyuçerslərinin qiymətləri qlobal ehtiyatların qış tələbatını ödəyə bilməyəcəyi ilə bağlı narahatlıqlar fonunda 2008-ci ildən bəri ilk dəfə olaraq 10 dolları ötüb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da qaz qiymətləri istilik və elektrik stansiyaları üçün ehtiyatların qış tələbatını ödəməyə kifayət etməyəcəyi ilə bağlı narahatlıqlar səbəbiylə kəskin şəkildə yüksəlməyə davam etməklə 2008-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çataraq hər milyon Britaniya istilik vahidi (MMBTU) üzrə 10 dolları keçib.

Xatırladaq ki, ötən illərdə təbii qazın qiyməti qalxdığı zaman elektrik stansiyaları kömürə keçsə də, son vaxtlar qlobal istiləşmə ilə bağlı narahatlıqlar artdıqca bu təcrübə azalmağa başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et