Bu ölkədə pensiya yaşı artırılacaq | Banco.az

Bu ölkədə pensiya yaşı artırılacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransa pensiya yaşını artırmaq qərarına gəlib.

Banco.az xəbər verir ki, Fransanın Baş naziri Elizabet Born ölkə prezidenti Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının məzmununu açıqlayıb.

Hazırda pensiya yaşının 62 olduğu ölkədə 1 sentyabr tarixindən etibarən qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə çatacağını izah edən nazir avtomatik pensiya yaşı olan 67 yaşı saxlayacaqlarına diqqət çəkib.

Nazir həmçinin qeyd edib ki, minimum pensiya məbləği minimum əməkhaqqının 85%-nə çatdırılacaq. Bununla da, aylıq minimum pensiya 1200 avro hesablanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et