Bu ölkədə laboratoriya istehsalı olan toyuq ətinin satışına icazə verilib | Banco.az

Bu ölkədə laboratoriya istehsalı olan toyuq ətinin satışına icazə verilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da laboratoriya istehsalı olan toyuq ətinin satışına icazə verilib.

Banco.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi laboratoriyada istehsal olunan toyuq ətinin satışı üçün iki şirkətə lisenziya verib.

Belə ki, “Upside Foods” və “Good Meat” şirkətləri laboratoriyada yetişdirilən toyuq ətlərini satmaq üçün ABŞ Kənd Təsərrüfatı Nazirliyindən yekun icazələri əldə ediblər.

Bildirilib ki, sözügedən razılıq birbaşa heyvan hüceyrələrindən istehsal edilən toyuq ətinin artıq Amerika istehlakçılarına satıla biləcəyi deməkdir.

Beləliklə, ABŞ Sinqapurdan sonra hüceyrə istehsalı olan ətin satışına icazə verən ikinci ölkə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et