Bu ölkədə ipoteka faizləri azalıb | Banco.az

Bu ölkədə ipoteka faizləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faizləri aşağı düşüb, müraciətlər artıb.

Banco.az xəbər verir ki, İpoteka Bankçılığı İttifaqı (MBA) tərəfindən açıqlanan məlumatlara görə, 6 Yanvar tarixində başa çatan həftədə ipoteka müraciətləri əvvəlki həftəyə görə 1,2 faiz artıb.

Ölkədə 30 illik ipotekanın orta faiz dərəcəsi 6,58 faizdən 6,42 faizə düşüb. Bu dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 6,06 faizdən 5,94 faizə enib.

MBA-nın vitse-prezidenti Coel Kan bildirib ki, ipoteka faizlərinin aşağı düşməsinə iqtisadiyyatın zəifləməsi və qiymət artımlarının səngiməsi ilə bağlı göstərilərə bazarların reaksiya göstərməsi təsir edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-da 30 illik ipoteka (mənzil krediti) üzrə orta faiz dərəcəsi 2022-ci ilin oktyabrında 7 faizi keçərək ötən 21 ilin ən yüksək səviyyəsinə çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et