Bu ölkədə gənclərin sosiallaşması üçün onlara pul veriləcək | Banco.az

Bu ölkədə gənclərin sosiallaşması üçün onlara pul veriləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya gənclərin sosiallaşması üçün onlara cib pulu verəcək.

Banco.az xəbər verir ki, Cənubi Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyi gəncləri evlərindən çıxmağa təşviq etmək üçün 490 ABŞ dolları (650 min Koreya vonu) dəyərində yeni proqram qəbul edib.

Proqram çərçivəsində gənclərin sosiallaşması üçün onlara aylıq 490 dollar müavinət veriləcək.

Bildirilənə görə, proqram təhsil, məşğulluq və sağlamlıq dəstəyi də təklif edir.

Məlumat üçün qeyd edək ki, yapon dilində "hikikomori" kimi tanınan və insanların daxili aləmlərinə çəkilməsini ehtiva edən termin "çəkilmə" deməkdir. Cənubi Koreyada 19-39 yaş arası təxminən 350 min insan özünü tənha hiss edir. Bu isə yaş qrupunun 3 faizinə bərabərdir. Cənubi Koreya hökuməti də bunu yaşayan gənclərin məktəbə, universitetə ​​və ya işə getmək üçün evdən çıxmasını asanlaşdırmaq istəyir.

Ən sərfəli kredit üçün müraciət et

Daha geniş tədbirləri noyabr ayında açıqlanacaq proqram sosial həyatdan uzaqlaşan 9-24 yaş arası insanların aylıq yaşayış xərclərini də qarşılamağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et