Bu ölkədə 2022-ci maliyyə ilində müflisləşən şirkətlərin sayı artıb | Banco.az

Bu ölkədə 2022-ci maliyyə ilində müflisləşən şirkətlərin sayı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada 2022-ci maliyyə ilində müflisləşən şirkətlərin sayı artıb.

Banco.az xəbər verir ki, Kredit araşdırma firması Teikoku Databank, ən azı 10 milyon yen (76 min dollar) borcu olan korporativ firmaların cari vəziyyətini araşdırıb.

Araşdırmada Yaponiyada 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər 6 min 799 korporativ şirkətin ləğv prosedurlarına başladığı ortaya çıxıb.

Bu rəqəm əvvəlki maliyyə ili ilə müqayisədə 883 ədəd çoxdur.

Araşdırmada iflasa gətirib çıxaran səbəblər arasında xammal və enerji xərclərinin artması ən çox diqqəti cəlb edənlər olub.

Ən sərfəli kredit üçün müraciət et

Kovid-19 ilə mübarizə çərçivəsində şirkətlərə verilən kreditlərin ödənilməməsinin də iflaslarda təsirli olduğu vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et