Bu ölkə yeni valyuta mübadiləsi sisteminə keçir | Banco.az

Bu ölkə yeni valyuta mübadiləsi sisteminə keçir

Venesuela gələn həftədən etibarən valyuta mübadiləsi sistemini dəyişməyə hazırlaşır. Bu açıqlama ilə Venesuela prezidenti Nikolas Maduro çıxış edib. Prezident yeni mübadilə sisteminin tətbiqi ilə milli valyuta - bolivarın sərbəst dönərli olacağını bildirib.

Qeyd edək ki, hazırda Venesuelada bolivarın 3 müxtəlif məzənnəsi mövcuddur. Rəsmi sabit məzənnə DİPRO-da 10 bolivar/dollar, əlavə valyuta mübadiləsi sistemi - DİCOM-da 706 bolivar/dollar, "qara bazar"da isə 3 000 bolivar/dollardan artıqdır.

Maduronun "Expo Venezuela Potencia" sərgisində açıqlamasına görə, həftədə 2 dəfə valyuta hərracı keçiriləcək: "Bununla yanaşı, mən özəl biznesdən xahiş edirəm ki, kapitallarını Venesuelaya yatırsınlar və bolivar daha sərbəst dönərli valyutaya çevrilsin".

Ən sərfəli kredit üçün müraciət et

Prezidentin sözlərinə əsasən, valyuta hərracları bütün müəssisə və əhalinin iştirakı üçün açıq olacaq. Bununla da bolivarın məzənnəsi sabitləşəcək və ən əsası, Mayamidə yaranan kriminal "Dolar Today" dollar sisteminə qalib gəlmək mümkün olacaq. 

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et