Bu ölkə üçün iqtisadi artım proqnozları aşağı salındı | Banco.az

Bu ölkə üçün iqtisadi artım proqnozları aşağı salındı

Tamara Mustafayeva, Banco.az

Ağ Ev ABŞ iqtisadiyyatı üçün artım proqnozunu 3,8 faizdən 1,4 faizə endirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının mart ayında Konqresə təqdim etdiyi 2023-cü maliyyə ili üzrə büdcə təklifindəki iqtisadi proqnozlara yenidən baxılıb.

Buna uyğun olaraq, ABŞ iqtisadiyyatının bu il 1,4 faiz, gələn il 1,8 faiz, 2024-cü ildə isə 2 faiz böyüyəcəyi proqnozlaşdırılır.

Mart ayında ölkə iqtisadiyyatı ilə bağlı irəli sürülən proqnozlarda isə iqtisadiyyatın bu il 3,8 faiz, gələn il 2,5 faiz, 2024-cü ildə isə 2,1 faiz artacağı gözlənilirdi.

Ən sərfəli kredit üçün müraciət et

İnflyasiya proqnozları da bu il üçün 6,6 faiz, gələn il üçün 2,8 faiz, 2024-cü il üçün isə 2,3 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et