Bu ölkə rekord səviyyədə faiz artımı edib | Banco.az

Bu ölkə rekord səviyyədə faiz artımı edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yeni Zelandiya rekord səviyyədə faiz artımı reallaşdırıb.

Banco.az xəbər verir ki, Yeni Zelandiyanın Ehtiyat Bankı (mərkəzi bank) faiz dərəcələrini 75 baza bəndi artıraraq tarixinin ən böyük faiz artımına imza atıb. Ekspertlər də məhz bu səviyyədə artım gözləyirdilər.

Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) inflyasiya və məşğulluq hədəflərinə çatmaq üçün daha yüksək faiz dərəcələrinə ehtiyac olduğunu bildirərək uçot dərəcəsini 75 baza bəndi artıraraq 3,50 faizdən 4,25 faizə çatdırıb.

Bununla da, faiz dərəcəsi 2021-ci ilin oktyabrında 0,25 faizlə qeydə alınan rekord minimumdan bəri 400 baza bəndi artırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et