Bu ölkə Hindistanın 5-ci ən böyük ticarət tərəfdaşına çevrilib | Banco.az

Bu ölkə Hindistanın 5-ci ən böyük ticarət tərəfdaşına çevrilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Hindistanın 5-ci ən böyük ticarət tərəfdaşına çevrilib.

Banco.az xəbər verir ki, Ukrayna-Rusiya müharibəsindən sonra Hindistanla neft və gübrə ticarətinin də artması ilə Moskva ilə Yeni Dehli arasında ticarət əlaqələri sürətlənib. Belə ki, 2021-ci maliyyə ilinin sonunda Hindistanın 25-ci ən böyük ticarət tərəfdaşı olan Rusiya bu ilin aprel-sentyabr dövründə 5-ci yerə yüksəlib.

Hindistan Ticarət Nazirliyinin açıqladığı məlumatlar göstərir ki, bu ilin birinci yarısında Hindistanın Rusiyaya ixracı 19 faiz azalaraq 1,3 milyard dollar olub. Digər tərəfdən, ötən ilin aprel-sentyabr dövründə 4,2 milyard dollar olan idxal isə bu ilin eyni dövründə 5 dəfə artaraq 21,3 milyard dollara çatıb.

Bu dövrdə Hindistana göndərilən Rusiya nefti 8,3 dəfə artaraq təqribən 18 milyard dollara çatıb, gübrə idxalında isə daha yüksək artım tempi müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Hindistanın ən böyük ticarət tərəfdaşları olan ABŞ və Çin ilk iki yeri qoruyublar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et