Bu müəssisənin işçiləri əməkhaqlarının 20%-ni natura formada qəbul edə biləcək | Banco.az

Bu müəssisənin işçiləri əməkhaqlarının 20%-ni natura formada qəbul edə biləcək

Kənd təsərrüfatı müəssisələrində 18 yaşına çatmamış işçilərə energetik içkilər verilməsi qadağan olunub.

Bu, Baş nazir tərəfindən bu gün imzalanan “Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə” qərara dəyişiklik edilməsi haqqında qərarında əksini tapıb.

İndiyədək işçinin razılığı ilə əməkhaqqının 20 faizinə qədər dəyəri natura formasında müəssisədə istehsal edilən və məişətdə işlədilən gündəlik tələbat malları ilə (spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olmaqla) əvəz edilib verilirdi.

Dəyişikliyə əsasən, işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et