Bu mərkəzi bank faiz dərəcələrini 10 ilin ən yüksək səviyyəsinə qaldırıb | Banco.az

Bu mərkəzi bank faiz dərəcələrini 10 ilin ən yüksək səviyyəsinə qaldırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tailand Mərkəzi Bankı faiz dərəcələrini 10 ilin ən yüksək səviyyəsinə qaldırıb.

Banco.az xəbər verir ki, Tailand Bankı (mərkəzi bank) inflyasiya təzyiqlərini artıran iqtisadi stimulların qarşısını almaq üçün uçot dərəcəsini 10 ilin maksimumuna çatdırıb.

Belə ki, mərkəzi bank ölkədə inflyasiya səviyyəsinin hədəfdən yuxarı olmasına və iqtisadi artımın yavaşlamasına baxmayaraq faiz dərəcələrini artırıb.

Mərkəzi bank bir günlük repo faiz dərəcəsini 25 bənd artıraraq 2,5 faizə çatdırıb. Bununla da, ardıcıl 8-ci iclasdan da faiz artımı qərarı elan olunub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, faiz dərəcələri sonuncu dəfə 2013-cü ilin oktyabrında bu səviyyəyə çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et