Bu məişət texnikası istehsalçısı günəş panellərinin istehsalına başlayır | Banco.az

Bu məişət texnikası istehsalçısı günəş panellərinin istehsalına başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Arçelik” günəş panellərinin istehsalına başlayır.

Banco.az xəbər verir k, bərpa olunan enerji sahəsində əhəmiyyətli sərmayə qoyuluşu həyata keçirən “Arçelik” firması günəş paneli istehsalına başlayır.

Belə ki, Arçelik Beylikdüzü Kampusunda Arçelik Günəş Paneli İstehsal Müəssisəsi istifadəyə verilib.

Koç Holdinq Dayanıqlı Mallar Qrupunun Başçısı Fatih Kamal Ebiçlioğlu buradakı çıxışda “Arçelik”in sektorda davamlılıq sahəsində geniş fəaliyyət göstərən bir şirkət olduğunu söyləyib.

Ebiçlioğlu 10 milyon avro sərmayə ilə həyata keçirilən günəş paneli istehsal müəssisəsinin şirkətin davamlılıq sahəsindəki işlərinə töhfə verəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et