Bu məhsullar üçün bir sıra dövlət rüsumları ləğv edilib | Banco.az

Bu məhsullar üçün bir sıra dövlət rüsumları ləğv edilib

Adlar verilən şərabçılıq məhsullarına görə bir sıra dövlət rüsumları ləğv edilib.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. 

“Dövlət rüsumu haqqında” qanunun iki maddəsinin (18.62.2 və 18.62.3) ləğvi təklif olunub. Bu, adlar verilən şərabçılıq məhsullarına dövlət reyestrində qeydiyyata alınma üçün 10 manat və attestasiya üçün 10 manat dövlət rüsumunun ləğvini nəzərdə tutur. 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. 

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et