Bu investisiya bankı "Alibaba"dakı səhmlərini satır | Banco.az

Bu investisiya bankı "Alibaba"dakı səhmlərini satır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Softbank” “Alibaba”dakı səhmlərini satışa çıxarıb.

Banco.az xəbər verir ki, Yaponiyanın “SoftBank Group” investisiya şirkəti Çinin “Alibaba Group Holding”dəki səhmlərinin demək olar ki, hamısını satacaq.

Bu xəbərdən sonra Çin texnoloji nəhəngi “Alibaba”nın Honkonq Birjasında satılan səhmləri ABŞ-da satılan səhmlərdəki itkilərdən sonra cümə axşamı erkən ticarət sessiyalarında 3,9 faiz ucuzlaşıb.

Qeyd edək ki, “Financial Times” nəşri “SoftBank”ın əvvəlcədən ödənilmiş forvard müqavilələri vasitəsilə Çin e-ticarət nəhəngində təxminən 7,2 milyard dollar dəyərində səhm satdığını ortaya qoyub. Bununla da, “SoftBank” hazırda bazar dəyəri 250 milyard dollardan çox olan “Alibaba”da yalnız 3,8 faiz paya sahib olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et