Bu ingilis bankı yeni neft və qaz investisiyalarının maliyyələşdirilməsini dayandıracaq | Banco.az

Bu ingilis bankı yeni neft və qaz investisiyalarının maliyyələşdirilməsini dayandıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Barclays” yeni neft və qaz investisiyalarının maliyyələşdirilməsini dayandıracaq.

Banco.az xəbər verir ki, Britaniyanın transmilli universal bankı “Barclays, yeni neft və təbii qaz hasilatı və əlaqədar infrastruktur investisiyalarının maliyyələşdirilməsini dayandırmağa və qalıq yanacaq istehsalını artıran şirkətləri maliyyələşdirməyi məhdudlaşdırmağa qərar verdiyini açıqlayıb.

Bankın yenilənmiş İqlim Dəyişikliyi Bəyanatı ilə bağlı açıqlamasına görə, “Barclays” 2030-cu ilə qədər 1 trilyon dollarlıq "davamlı və transformasiyalı maliyyələşdirmə" öhdəliyinə sadiq qalır və bu məqsədə nail olmaq üçün yeni qərarlar qəbul edib.

Bu çərçivədə “Barclays” yeni neft və təbii qaz hasilatı və əlaqədar infrastruktur investisiyalarının maliyyələşdirilməsini dayandıracaq. Bank həmçinin qalıq yanacaq istehsalını artıran şirkətlərin maliyyələşdirilməsini məhdudlaşdıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bank müştərilərinə 2030-cu ilə qədər metan emissiyasının azaldılması hədəfi və 2026-cı ilə qədər sıfır emissiyaya uyğun hədəflər təyin etməyi tapşıracaq.

Xatırladaq ki, “Barclays” Böyük Britaniyanın neft və təbii qaz sənayesinin ən böyük maliyyə təminatçılarından biri kimi tanınır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et