Bu ilin sonunda Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilə bilər | Banco.az

Bu ilin sonunda Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilə bilər

Bu ilin sonuna qədər Bakıda Azərbaycan-Moldova ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçirilə bilər.

“APA-Economics”in nol.md saytına istinadən məlumatına görə, bu barədə Moldovanın baş naziri, iqtisadiyyat naziri Oktavian Kalmık və Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov arasında Belarusun paytaxtı Minsk şəhərində MDB hökumət şurası başçılarının görüşü çərçivəsində baş tutan görüşündə razılığa gəlinib.  

Görüş zamanı tərəflər Assosiasiya Sazişi və MoldovanınAvropa İttifaqı arasında dərin və hərtərəfli azad ticarət zonasının yaradılması ilə nəzərdə tutulmuş ticarət və iqtisadi potensialının aspektləri müzakirə ediblər. Həmçinin, MDB çərçivəsində azad ticarət haqqında sazişin tam müddəalarının həyata keçirilməsini davam etmək üçün ehtiyacın olduğu vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Vurğulanıb ki, Moldova və Azərbaycan iqtisadi-ticarət əməkdaşlığını aktivləşdirmək niyyətindədir.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et