Bu il qeyri-neft gəlirlərinin büdcədəki payı 53%-dək artıb | Banco.az

Bu il qeyri-neft gəlirlərinin büdcədəki payı 53%-dək artıb

2022-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 7 009,6 mln. manat təşkil edib ki, bu da proqnoz ilə müqayisədə 6,3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 22,2% çoxdur.

Maliyyə Nazirliyinin məlumatları əsasında aparılan hesablamalara görə, büdcə gəlirlərinin 47,3%-i neft sektorundan 52,7%-i isə qeyri-neft sektorundan gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft gəlirlərinin büdcədəki payı 6,6% faiz bəndi azalıb, qeyri-neft gəlirlərinin payı isə müvafiq olaraq 6,6 faiz bəndi artıb. Real ifadədə neft gəlirlərinin həcmi 7,2%, qeyri-neft gəlirlərinin həcmi isə 39,8% artıb.

Belə ki, hesabat dövründə büdcənin neft gəlirlərinin həcmi 3 314,5 mln. manat təşkil edib. Bu məbləğin 557,5 mln. manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin neft sektorundan daxilolmaları, 2 757 mln. manatı isə Azərbaycan Dövlət Neft Fondunun transfertlərinin payına düşüb.

Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin həcmi 3 695,1 mln. manat təşkil edib. Bu məbləğin 2 244,7 mln. manatı Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektorundan daxilolmaların, 1 232 mln. manatı Dövlət Gömrük Komitəsindən daxilolmalarının, 165,1 mln. manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxil olan vəsaitlərin, 53,3 mln. manatı isə sair daxilolmaların payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et