Bu il ən böyük iqtisadi uğura imza atan ölkənin adı açıqlanıb | Banco.az

Bu il ən böyük iqtisadi uğura imza atan ölkənin adı açıqlanıb

Müəllif:Mehin Qasımova/Banco.az

Yunanıstan 2023-cü ildə ən böyük iqtisadi uğura imza atan ölkə olub.

Banco.az xəbər verir ki, reytinqi “The Economist” jurnalı tərtib edib.

Siyahı beş iqtisadi və maliyyə meyarına - baza inflyasiyası, inflyasiyanın genişliyi (istehlak səbətində malların payı), ÜDM, iş yerlərinin sayı və fond bazarının göstəriciləri əsasında tərtib edilib.Yunanıstanın əsas uğurlarından biri yerli hakimiyyət orqanları tərəfindən həyata keçirilən bir sıra bazar islahatları sayəsində birjanın real dəyərinin 43,8 faiz artması olub. Bununla belə, nəşrin qeyd etdiyi kimi, ölkə hələ 2010-cu illərin əvvəllərindəki böhrandan əvvəlkindən daha yoxsuldur. Siyahıda Yunanıstandan sonra Cənubi Koreya, ABŞ, İsrail, Lüksemburq, Kanada, Çili, Portuqaliya, İspaniya və Polşa yer alıb. 35 ölkə arasında reytinqdə sonuncu yerdə Böyük Britaniya, İsveç, Slovakiya, Avstriya, İslandiya və Finlandiya qərarlaşıb. Rusiya  isə siyahıya daxil edilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında 27 Aİ ölkəsində sənaye istehsalı  0,5  faiz azaldığı halda, Yunanıstanda bu rəqəm əksinə artaraq 6 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et