Bu il Azərbaycana 12 min tona yaxın palma yağı idxal edilib | Banco.az

Bu il Azərbaycana 12 min tona yaxın palma yağı idxal edilib

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 14 milyon 675 min dollar dəyərində 11 min 849 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 51% və ya 12 min 370 ton azalıb. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 38 milyon 131 min dollar dəyərində 24 min 219 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana Malaziyadan 5 min 937 ton, İndoneziyadan isə 5 min 911 ton palma yağı idxal edilib.

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et