Bu həftə dünya birjalarında nələr diqqət mərkəzində olacaq? | Banco.az

Bu həftə dünya birjalarında nələr diqqət mərkəzində olacaq?

Bu həftə dünya birjalarında qlobal ticarətə təhdid yarada biləcək korona virusu və ABŞ-da prezident ətrafında istefa davası diqqət mərkəzində olacaqdır.

EUR. 

Amerikanın daxili siyasi böhranında hökümətin təzyiqlərə baxmayaraq qalib gəlməsi (ehtimallar güclüdür), dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına da təsir edə bilər. EUR/USD məzənnəsi isə 1.11$-ın altında ticarət edilir və gələcək trendi sözügedən qiymət ətrafında mövqeləşməsindən asılı olacaqdır. 

Bununla yanaşı, ABŞ-dan bazar ertəsi Bakı vaxtı ilə saat 19:00-da sənaye sektorunda işgüzarlıq aktivliyi və cümə günü saat 17:30-da əmək bazarına dair açıqlanacaq önəmli fundamental məlumatlar və koronavirusun qlobal iqtisadiyyata təsiri ilə bağlı açıqlamalar da diqqət mərkəzində saxlanılmalıdır. 

GBP

GBP/USD məzənnəsi fonunda da proqnozlar haçalanır. Belə ki, həftənin ilk sessiyasında 1.32$-ın altında təklif edilən məzənnənin gələcək trendi sözügedən səviyyənin üzərində və ya altında qalmasından asılı olacaqdır. Bu isə yanvarda razılaşdırılmış Breksitin baş tutmasından sonra AB ilə ticarət sazişi danışıqlarına baxır. 

TRY

Lirədə isə ucuzlaşma davam edir və ucuzlaşmanın 6.03TL-yə kimi davam edə biləcəyi proqnozları da artmaqdadır. Bazar ertəsi saat 11:00-da Türkiyədən açıqlanacaq inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir. 

Ən sərfəli kredit üçün müraciət et

OIL

Koronavirusu ilə əlaqədar olaraq qlobal iqtisadi aktivliyin azalması, enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiymətində ucuzlaşmaya səbəb olmaqdadır və ucuzlaşmanın 52$-a kimi davam edə biləcəyi proqnozlaşdırılır. 

Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir. 

GOLD

Dünyada siyasi və iqtisadi risklərin mövcudluğu, əlvan metallar bazarlarında qızıla olan tələbin aktual səviyyələrdə qalmasına səbəb olur. Belə ki, bir unsiya üzrə qiymətdə keçən həftə müşahidə edən bahalaşma, 1588$-ın (51.1 $/qram) qırılması ilə 1600$-a (51.5 $/qram) kimi də davam edə bilər. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et