Bu gündən vaksinasiya ilə bağlı “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır | Banco.az

Bu gündən vaksinasiya ilə bağlı “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır

Bu gündən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.

“Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir.

Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.

Qeyd edək ki, Azərbaycanda yanvar ayının 18-dən vətəndaşların koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et