Valyuta hərracında dollara tələb azalıb | Banco.az

Valyuta hərracında dollara tələb azalıb

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracında tələb 220,8 mln ABŞ dolları təşkil edib.

Bu da martın 10-da formalaşmış tələbdən 102,4 mln ABŞ dolları və ya 32% az olub.

Məlumata görə, qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et