Bu futbol klubu mövsümü 238 milyon avro zərərlə başa vurub | Banco.az

Bu futbol klubu mövsümü 238 milyon avro zərərlə başa vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Yuventus" klubu 2021-2022 mövsümünü təxminən 238 milyon avro zərərlə bağlayıb.

Banco.az xəbər verir ki, İtaliyanın Birinci Futbol Liqası (A Seriyası) komandalarından olan "Yuventus" 2021-2022 mövsümünü təxminən 238 milyon avro zərərlə başa vurduğuna dair açıqlama verib.

Klubun stadionu olan “Allianz Arena”da keçirilən klub səhmdarlarının yığıncağında maliyyə vəziyyəti müzakirə edilib və sözügedən zərər səhmdarlar tərəfindən təsdiqlənib.

Xatırladaq ki, 2011-2020-ci illərdə ardıcıl 9 mövsüm çempion olan "Yuventus" axırıncı iki il ərzində A Seriyasında mövsümü 4-cü yerdə başa vura bilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et