Bu dünyaca məşhur bank müştəri məlumatlarının oğurlandığını açıqladı | Banco.az

Bu dünyaca məşhur bank müştəri məlumatlarının oğurlandığını açıqladı

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın bankçılıq nəhənglərin olan "Morgan Stanley" bu ilin yanvar ayında baş verən dataların ələ keçirilməsi hadisəsində müştəri məlumatlarının oğurlandığını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Morgan Stanley" tərəfindən bəzi korporativ müştərilərin şəxsi məlumatlarının üçüncü bir tərəfin də cəlb olunduğu dataların ələ keçirilməsi hadisəsində oğurlandığı və xakerlərin sosial təhlükəsizlik nömrələri kimi informasiyaları əldə etdiyi ictimaiyyətə elan olunub. Sözügedən informasiyalara müştəri adları, ünvanları, doğum tarixləri və şirkət adları da daxildir.

Bankçılıq nəhəngi həmçinin bildirib ki, bankın "StockPlan Connect" departamentinə texniki və təmir xidmətləri göstərən və məsələdə üçüncü tərəf kimi qeyd olunan "Guidehouse" şirkəti sözügedən pozuntuya dair lazımi bildirişi bu ilin may ayında göndərib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Guidehouse" oğurlanan məlumatların internetdə yayıldığına dair heç bir sübut aşkara çıxarılmadığına dair bankı məlumatlandırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et