Bankların mənfəət vergisi ödəmələrində vəziyyət necə dəyişib? | Banco.az

Bankların mənfəət vergisi ödəmələrində vəziyyət necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin ötənilki mənfəət vergisi ödəmələri əvvəlki illə müqayisədə çox olub.

Bunlar “PAŞA Bank”, “Kapital Bank”, “Naxçıvan Bank”, “AFB Bank” və “Express Bank”dır.

Ən yüksək dinamika “PAŞA Bank”da (64,5%), ən aşağı dinamika isə “Express Bank”da (9,3%) qeydə alınıb.

10 bankın – “Azər-Türk Bank”, “Xalq Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, İran Milli Bankının Bakı filialı, “Premium Bank”, “Yapı Kredi Bank Azərbaycan” və “Bank Avrasiya”nın isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Bank Avrasiya”da (75,6%), ən az azalma isə “Azər-Türk Bank”da (11,3%) qeydə alınıb.

3 bank – “Rabitəbank”, “Turan Bank” və “Unibank” 2020-ci ildə mənfəət vergisi ödəsə də, 2019-cu ildə ödəməyib. Qalan 8 bank isə həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et