Bu bankın strukturunda DƏYİŞİKLİKLƏR oldu | Banco.az

Bu bankın strukturunda DƏYİŞİKLİKLƏR oldu

Azərbaycanda "Turanbank"ın strukturunda dəyişiklik olub. Trend-in məlumatına görə, dəyişiklik ondan ibarətdir ki, bankda İdarə Heyətinin Aparatı yaradılıb.

Məlumata görə, aparata hazırda yalnız bir nəfər daxildir - bankın İdarə Heyəti sədrinin müşaviri Rəşad Tanrıverdiyev. O, əvvəllər bankda Bines-inkişaf departamentinin direktoru vəzifəsini tutub.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda həmin vəzifəyə Ramil Xəlilov təyin edilib.

Bankdan verilən məlumata görə, eləcə də Prosesləri iadrəetmə departamenti yeni yaradılıb və bu departamentin direktoru vəzifəsi hələ vakant olaraq qalır.

Qeyd edək ki, "TuranBank" Azərbaycanın bank sektorunda 1992-ci ildən fəaliyyət göstərir, bankın 15 filialı var.

Ən sərfəli krediti almaq üçün müraciət et