Bu bankda yeni ixtisarlar olacaq | Banco.az

Bu bankda yeni ixtisarlar olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” yeni ixtisarlara hazırlaşır.

Banco.az xəbər verir ki, “Goldman Sachs” qlobal miqyasda 125 icraçı direktoru işdən çıxaracaq.

Məsələ ilə tanış olan mənbələrin məlumatına görə, ABŞ-ın transmilli bankçılıq nəhəngi M&A sövdələşmələrindəki azalma səbəbiylə işçilərinin sayını azaltmağa başlayıb.

Hələ ki, ictimaiyyətə rəsmi açıqlanmayan ixtisarların bir qismi investisiya bankçılıq departamentindən həyata keçiriləcək. 

Qeyd edək ki, sözügedən ixtisar addımı bir ildən az müddət ərzində üç dəfə işçiləri ilə yollarını ayıran bankın xərclərə qənaət etmək səylərinin nəticəsi kimi qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et