Bu bank maliyyə yarımilində 895 milyon dollar zərərə uğrayıb | Banco.az

Bu bank maliyyə yarımilində 895 milyon dollar zərərə uğrayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SoftBank Group” 2022-ci maliyyə ilinin birinci yarısında 129,1 milyard yen (895 milyon dollar) xalis zərər açıqlayıb.

Banco.az xəbər verir ki, Yaponiyada enerji, maliyyə, investisiya və kommunikasiya sektorlarında xidmətlər göstərən “SoftBank Group” cari maliyyə ili üzrə balans hesabatını dərc edib.

Buna görə, əvvəlki maliyyə ilinin eyni dövründə 363,5 milyard yen xalis mənfəət əldə edən bank 2022-ci maliyyə ilinin aprel-sentyabr aylarını əhatə edən birinci yarısında xalis zərər açıqlayıb. Belə ki, “SoftBank Group” investisiya sektorunun hazırki bazar şərtləri səbəbindən 129,1 milyard yen (895 milyon dollar) məbləğində xalis zərərə uğrayıb.

Qeyd edək ki, bank bazardakı qeyri-müəyyənliyi əsas gətirərək 2023-cü ilin martında başa çatacaq növbəti maliyyə ili üzrə proqnozlarını isə bölüşməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et