Bu avtomobil şirkəti litium mədənlərinə sərmayə qoyub | Banco.az

Bu avtomobil şirkəti litium mədənlərinə sərmayə qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

General Motors (GM) elektrik avtomobil akkumulyatorlarının əsas komponentlərindən biri kimi diqqət çəkən litium mədənlərinə sərmayə qoyub.

Banco.az xəbər verir ki, ABŞ-ın avtomobil istehsalçısı “General Motors” (GM) litium texnologiyaları sahəsində fəaliyyət göstərən “EnergyX” startapına sərmayə qoyduğunu açıqlayıb.

Məlum olduğu kimi, litium elektrik avtomobil akkumulyatorlarının əsas komponentlərindən biri kimi diqqəti cəlb edir. Bu səbəbdən də, sözügedən investisiyanın GM-in təchizat problemlərinin qarşısının alınması məqsədi ilə edildiyi bildirilir.

Qeyd edək ki, avtomobil sənayesindəki elektrikləşdirmə yarışı həm də şirkətlər arasında elektrik avtomobillərində istifadə edilən mineralların tədarükünü təmin etmək yarışına çevrilib. Bu çərçivədə müxtəlif istehsalçılar litium, mis, nikel və digər kritik minerallara sərmayə qoymaqla gələcəkdə üzləşə biləcəkləri təchizat problemlərindən qaçmağı hədəfləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

GM-in sərmayə qoyduğu “EnergyX” isə birbaşa litium çıxarma texnologiyalarına sahib olması ilə diqqət çəkir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et