Bu avtomobil şirkəti 2030-cu ilə qədər Avropada yalnız elektromobillər satacaq | Banco.az

Bu avtomobil şirkəti 2030-cu ilə qədər Avropada yalnız elektromobillər satacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nissan” şirkəti 2030-cu ilə qədər Avropada yalnız elektromobillər satacaq.

Banco.az xəbər verir ki, yapon avtomobil istehsalçısı “Nissan” şirkətinin CEO-su Uçida Makato açıqlamasında elektrikli avtomobillərə (EV) doğru artan tendensiya üçün “son həll yoludur, geriyə dönüş yoxdur”, ifadələrindən istifadə edib.

“EV mobillik üçün ən mükəmməl həlldir. Bir milyondan çox müştəri bizim səyahətimizə qoşularaq Nissan elektrik avtomobilinin sevincini yaşayıb", deyə o bildirib.

Mərkəzi ofisi Yokohamada yerləşən şirkət 2030-cu ilə qədər Avropa qitəsində satışa çıxarılan bütün yeni model avtomobilləri tam elektriklə təchiz edəcəyini də vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Nissan” bir müddət əvvəl 2030-cu ilə qədər qlobal məhsul çeşidini 19-u tam elektrik olmaqla 27 yeni elektrik modeli ilə genişləndirməyi hədəflədiyini açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et