Bu avtomobil firması elektromobillərə 36 milyard dollar xərcləyəcək | Banco.az

Bu avtomobil firması elektromobillərə 36 milyard dollar xərcləyəcək

Tamara Mustafayeva, Banco.az

"Stellantis" elektromobillərə 36 milyard dollar xərcləyəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Fransanın tanınmış avtomobil brendi "Peugeot"nun istehsalçısı "PSA Group" ilə İtaliyanın məşhur avtomobil brendi "Fiat"ın istehsalçısı "Fiat Chrysler Automobiles NV" şirkətinin birləşməsi nəticəsində yaranan "Stellantis" elektromobil dizaynı və istehsalı üzrə 30 milyard avro (36 milyard dollar) ayırmağı planlaşdırır.

Şirkət 2030-cu ilə qədər Avropa və Şimali Amerikadakı 5 fabrikdə 260 qiqavatt-saatlıq istehsal həcminə çatmağı planlaşdırdıqlarını açıqlayıb. "Stellantis" həmin tarixədək Avropadakı satışların 70%-dən, ABŞ-da satışların isə 40%-dən çoxunu hibrid və tam elektrik avtomobillərindən ibarət olmasını hədəfləyir.

Qeyd edək ki, şirkət qlobal çip böhranının ehtiyatları tükəndirməsi və qiymətləri bahalaşdırması səbəbilə bu ilin ilk yarısında proqnozlardan yuxarı mənfəət açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et