Bu avtomobil brendi də loqotipini dəyişib | Banco.az

Bu avtomobil brendi də loqotipini dəyişib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Audi” avtomobil brendi də loqotipini yeniləyib.

Banco.az xəbər verir ki, avtomobil sənayesində yeniliklər davam etməkdədir. Aparıcı şirkətlər mühərriki hərəkatına qoşularaq illərdir həyatımızda olan daxili yanma mühərrikləri ilə vidalaşmağımıza səbəb olur. Bununla yanaşı, markalar daha yenilikçi və dinamik görünmək üçün müəyyən müddətdən sonra öz loqotiplərini yeniləyirlər. Yaxın günlərdə onlara yenisi əlavə edilib. Belə ki, alman avtomobil istehsalçısı “Audi” də loqosunu yenilədiyini açıqlayıb.

1909-cu ildə əsası qoyulan “Audi” simvolik dörd halqalı loqosunu yeniləyib.

Bununla belə, şirkət digər markalardan fərqli olaraq loqotipində genişmiqyaslı dəyişiklik etməyib. Əvəzində şirkətlə eyniləşdirilən və bir-birinə bağlanan dörd halqalı dizayn dəyişməz qalaraq loqoya 2D və daha yığcam görünüş verilib.

Ən sərfəli kredit üçün müraciət et

“Audi”nin yeni loqosu köhnə xrom rəngli halqaları yeni qara və ağ halqalarla əvəz edir. Beləliklə, şirkət müasir imiclə son dövrlərdə populyarlaşan elektromobillərlə ayaqlaşmaqla yanaşı, korporativ şəxsiyyətinə və emblem üslubuna yeni ab-hava qatır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et