Bu aviaşirkət minlərlə reysi ləğv edir | Banco.az

Bu aviaşirkət minlərlə reysi ləğv edir

Tamara Mustafayeva, Banco.az

Uçuş və baqaj gözləmə müddətinin həddindən artıq uzanmasının qarşısını almaq üçün Hitrou Hava Limanı tərəfindən qoyulan tutum məhdudiyyəti "British Airways"in uçuş planlarına mənfi təsir göstərməkdə davam edir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, oktyabr ayına qədər bəzi reysləri ləğv etməyə davam edəcəyi gözlənilən "British Airways" qış mövsümü üçün də minlərlə uçuşu ləğv edəcək.

Belə ki, "British Airways" 2023-cü ilin mart ayının sonuna qədər uçuşların ümumi sayını 8 faiz azaldacaq. Bu isə təxminən 10 min uçuş deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et