Bu Asiya bankları da faiz artımı ediblər | Banco.az

Bu Asiya bankları da faiz artımı ediblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

İndoneziya və Filippin mərkəzi bankları faiz dərəcələrini artırıblar.

Banco.az xəbər verir ki, İndoneziya cari rüb ərzində Asiyada ən pis nəticə göstərən valyuta olan rupini dəstəkləmək üçün siyasət faizini 50 baza bəndi artıraraq 5,25 faizə çatdırıb. Ekspertlərin median proqnozu da bu istiqamətdə idi.

Regionda faiz artımı dövrünə başlayan sonuncu ölkələrdən biri olan İndoneziya avqust ayından bəri ümumilikdə 175 baza bəndi artımla region ölkələrinə çatıb.

Filippin Mərkəzi Bankı da valyutanı dəstəkləmək və inflyasiyanı cilovlamaq üçün bir gecəlik tərs repo dərəcəsini gözlənildiyi kimi 75 baza bəndi artırmaqla 5 faizə çatdırıb. Bank may ayından etibarən faiz dərəcələrini ümumilikdə 300 baza bəndi artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et